İdman

Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlayıb

Kişi və qadınlar arasında həndbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlayıb.

İdmanxeber.az xəbər verir ki, kişilərin mübarizəsində ilk olaraq “Kür” və “Azəryol” komandaları üz-üzə gəliblər.

Rəqibini 30:27 hesabı ilə üstələyən “Azəryol” yarımfinala yüksəlib.

İlk oyun gününün digər görüşündə qadınlardan ibarət “Bakı” və “İdman Akademiyası” komandaları qarşılaşıblar. “İdman Akademiyası” 32:21 hesablı qalibiyyətə sevinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43