Kateqoriyasız

Azərbaycan Kuboku: “Keşlə” “Qarabağ”a rəqib oldu

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə bir oyun keçirilib. “ASCO Arena”da “Keşlə” I Divizion təmsilçisi “Kəpəz”i qəbul edib. Görüş gəncəlilərin yenilgisi ilə nəticələnib. “Keşlə” bu qələbədən sonra növbəti mərhələdə “Qarabağ”a rəqib olub.

1/8 final mərhələsinin qalan 3 görüşü dekabrın 4-də keçiriləcək.

Azərbaycan Kuboku, 1/8 final

3 dekabr (çərşənbə axşamı)

15:00. “Keşlə” – “Kəpəz” 3:1

Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Ruhulla Kərimov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“ASCO Arena”, 15:00.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43