Ölkə futbolu

“Qəbələ” və “Sumqayıt” finalda- Yenilənib

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

İdmanxeber.az-ın məlumatına görə, baş tutacaq oyunlardan sonra finalçıların adına aydınlıq gəlib.

İlk oyunda “Qəbələ”yə minimal hesabla uduzan (0:1) “Qarabağ”ın qonağı olub. Əyalət təmsilçisi görüşdə 2:1 hesabı ilə məğlub olsa da, səfər qolu üstünlüyünə görə final mərhələsinə vəsiqə qazanıb.

Digər finalçının adına isə Zirədə aydınlıq gəlib. İlk oyunda Sumqayıtda qolsuz heç-heçəyə razılaşan “Zirə” və “Sumqayıt” komandaları birincilərin meydanında üz-üzə gəlib. Qarşılaşma 3:3 hesabı ilə heş-heçə sona çatıb. Bu hesabdab sonra “Sumqayıt” komandası finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal

1 may (çərşənbə)

17:00. “Qarabağ” – “Qəbələ” 2:1

Qol:Miçel, 38, D. Kintana, 58, D. Volkov, 81
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1

20:00. “Zirə” – “Sumqayıt” 3:3

Qollar: Peyman Babayi, 19 (0:1), 27 (0:2),45 (0:3), Pərdis Fərcad-Azad, 47 (1:3), Sezar Rodrigez, 84 (2:3), Şafik Tiqrudja, 90+5 (3:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 0:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43