Ölkə futbolu

Azərbaycan kubokunun 1/8 final mərhələsi rəqəmlərin gözü ilə

Bu həftə Azərbaycan Kubokunda 2018/19 mövsümünə start veriləcək.

8 komandanın iştirakı ilə keçiriləcək 1/8 final mərhələsində 4 oyun baş tutacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı cütlərin əvvəlki kubok yarışlarındakı oyunlarının balansını təqdim edir. Üz-üzə gələcək cütlərdən yalnız biri əvvəllər kubokda görüşüb.

Azərbaycan kuboku

1/8 final
6 dekabr

 

1. “Ağsu” – “Sabah” – indiyədək qarşılaşmayıblar

 

2. “Şüvəlan” –  “Keşlə” – 2 oyun, +0=1-1, top fərqi 0-1

Komandaların yolları indiyədək yalnız bir dəfə kəsişib. 2010/11 mövsümündə paytaxt təmsilçiləri yarımfinalda qarşılaşıb. Cütün taleyini həmin vaxt “İnter” adlanan “Keşlə”nin vurduğu 1 qol həll edib.

2010/11

1/2 final

İnter  (Bakı) – AZAL  (Bakı) 0:0, 1:0

 

3. “Qaradağ Lökbatan” – “Sumqayıt” – indiyədək qarşılaşmayıblar

 

4. “Kəpəz” – “Səbail” – indiyədək qarşılaşmayıblar


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43