Ölkə futbolu

Azərbaycan kubokunun püşkü atıldı

Azərbaycan Kubokunda 2018/19 mövsümünün püşkatması keçirilib.

Yarışda 12 komanda mübarizə aparacaq. Bunlar Premyer Liqanın 8 klubu və I Divizion təmsilçiləri “Kəpəz”, “Qaradağ Lökbatan”, “Şüvəlan” və “Ağsu”du. Komandalardan 4-ü mübarizəyə birbaşa 1/4 finaldan, qalanları isə 1/8 finaldan başlayacaq.

Ölkə kubokunda mübarizə dekabrın 6-da start götürəcək.

AFFA-nın inzibati binasında keçiriləcək püşkatmanın nəticəsi belə olub:

1/8 final
“Ağsu” – “Sabah”
“Şüvəlan” – “Keşlə”
“Sumqayıt” – “Qaradağ Lökbatan”
“Səbail” – Kəpəz”

1/4 final
“Qəbələ” – “Ağsu” / “Sabah”
“Qarabağ” – “Şüvəlan”/ “Keşlə”
“Neftçi” – “Sumqayıt” / “Qaradağ Lökbatan”
“Zirə” – “Kəpəz” / “Səbail”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43