Ölkə futbolu

Azərbaycan kubokunun püşkü atılır

Bu gün Azərbaycan kubokunda 2018/2019-cu il mövsümünün püşkatma mərasimi keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, turnirdə 12 komanda mübarizə aparacaq. Bunlar Premyer Liqanın 8 klubu ilə yanaşı, I Divizion təmsilçiləri “Kəpəz”, “Qaradağ Lökbatan”, “Şüvəlan” və “Ağsu”dur. Komandalardan 4-ü mübarizəyə birbaşa 1/4 finaldan, qalanları isə 1/8 finaldan başlayacaq.

Ölkə kuboku dekabrın 6-da start götürəcək.

Qeyd edək ki, AFFA-nın inzibati binasında keçiriləcək tədbir saat 13:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43