20 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycan Kubokunun yeni mövsümünün püşkatma mərasimi keçiriləcək

Azərbaycan Kubokunun 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, mərasim “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında baş tutacaq. Sentyabrın 30-da təşkil ediləcək tədbir saat 15:00-da başlanacaq. Tədbirə bütün media nümayəndələri dəvətlidir. Azərbaycan Kubokunun 2024/25 mövsümündə Misli Premyer Liqası, I Liqa və II Liqanın bütün klubları iştirak edəcək.

Qeyd: Püşkatma mərasimi “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43