28 Sentyabr 2024
İdman

Azərbaycan Liqası: “Xırdalan” sürprizə imkan vermədi

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun növbəti oyunu baş tutub.

İdmanxeber.az xəbər verir ki, ilk turda məğlub olmuş “Sumqayıt” “Xırdalan” klubu ilə qarşılaşıb. Əlavə vaxtın oynandığı oyunun yekununda “Xırdalan” 81:77 hesablı çətin qələbə qazanıb.

Qeyd edək ki, ikinci turun digər oyunları (“Cəlilabad” – “Neftçi”, “Şəki” – “Sərhədçi”) 4 və 5 noyabr tarixlərində baş tutacaq. Turun “NTD-INDIGO” – “Sabah” oyunu Xaçmaz təmsilçisinin rəsmi müraciəti əsasında irəli bir tarixə qədər təxirə salınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43