İdman

Azərbaycan Liqasında bürünc medalların sahibi bəlli oldu

Azərbaycan Basketbol Liqasında bürünc medalların sahibi bəlli olub.

İdmanxeber. az xəbər verir ki, 3-cü yer uğrunda oyunda “AAAF Xırdalan”a qalib gələn NTD mükafata yiyələnib.

“Sərhədçi” İdman Mərkəzində keçirilən qarşılaşmaya üstün başlayan NTD basketbolçuları yekunda 100:79 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular qalib komandadan Londel Kinq (40 xal, 16 ribaund), məğlub tərəfdən isə Deymon Makdouel (36 xal, 5 ribaund) olublar.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının final oyunu “Sabah” və “Gəncə” klubları arasında olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43