Ölkə futbolu

Maltanı da uda bilmədik

UEFA Millətlər Liqasında ikinci turun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan yığması bugün Millətlər Liqasındakı ikinci görüşünü səfərdə Maltaya qarşı keçirib. Oyunda ilk qolu meydan sahibləri vurub. Matçın 10-cu dəqiqəsində Bədavinin rəqib oyunçuya kobud oynamasını baş hakim qayda pozuntusu olaraq qiymətləndirib və qapımıza penalti təyin edib. Topun arxasına keçən Aqius oyunda hesabı açıb. Bundan sonra  təzyiqi artıran yığmamız görüşün 26-cı dəqiqəsində istəyinə çatıb. Təmkin Xəlilzadənin baxımlı qolu görüşün talehini həll edib -1:1.

Millər Liqası, D liqası

3-cü qrup, II tur

10 sentyabr

22:45. Malta – Azərbaycan  1-1 

QOL: 10, Andrey Aqius-pen (1:0), 26, T.Xəlilzadə (1:1)
Hakimlər: 
Nikola Dabanoviç, Milovan Djukiç, Jovica Tatar, Aleksandar Djikanoviç (Monteneqro)
Ta`Qali. “National Stadium


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43