16 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycan milisinin futbolçusu “Araz-Naxçıvan”da

UEFA Çempionlar Liqasının hazırlığını davam etdirən “Araz-Naxçıvan” heyətini gücləndirib.

İdmanxeber.az xəbər verir ki, “qırmızı-ağlar” bu dəfə millinin gənc üzvü ilə anlaşıb. Bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Belə ki, İlham Alıyev qarşıdakı mövsümü çempionun heyətində keçirəcək. İlk dəfə bu ilin aprelində Tbilisidə Gürcüstan yığması ilə yoldaşlıq matçında əsas millinin heyətində meydana çıxan futzalçı buna qədər U-19-un formasını geyinib.

Qeyd edək ki, braziliyalı Kadinyonu, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu” Qazaxıstan) və serb Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43