Dünya futbolu

Azərbaycan milli komandasının üzvü Almaniyadan ayrıla bilər

Azərbaycan millisinin və Almaniya III Bundesliqa təmsilçisi “Aue”də çıxış edən Dmitri Nazarov yayda klubunu dəyişəcək.

“Tag24.de” saytının yazdığına görə, az oynamasından narazı qalan 29 yaşlı yarımmüdafiəçi klubunu dəyişməyə qərar verib. Nazarovu transfer etmək istəyən klub “Aue”yə təzminat ödəməlidir.

Dimanın klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

Nazarov bu mövsüm II Bundesliqada 19 oyuna (475 dəqiqə) 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43