23 Sentyabr 2024
İdman

Azərbaycan millisi beynəlxalq turnirdə mübarizəni dayandırdı

Azərbaycan millisi basketbolun 3×3 növü üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsində mübarizəni dayandırıb.

İdmanxeber.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yığmamız 1/4 finalda İspaniyanın “Barselona Panters” komandasına  21:8 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi “Baku Fleyms” qrupda keçiridiyi hər üç oyunda məğlub olaraq mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43