Kateqoriyasız

Azərbaycan millisi ili 6-cı pillədə başa vurdu – Reytinq

UEFA futzal üzrə milli komandaların 2020-ci il üçün sonuncu reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, hesabında 1990 xal olan Azərbaycan millisi altıncı pillədə qərarlaşıb.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda ötən illə müqayisədə bir pillə geriləyib.

Turnir cədvəlinə 2209 xalla İspaniya millisi başçılıq edir. Portuqaliya 2116 xalla ikinci, Rusiya isə 2098 xalla üçüncü sırada yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43