Dünya futbolu

Azərbaycan millisi üçün A Seriyası klubunun təklifini geri çevirib

Azərbaycan millisi ilə adı çəkilən Canni De Byazi A Seriyasında çıxış edən “Frozinone”nin təklifini geri çevirib.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumata görə, təcrübəli mütəxəssis bunun səbəbini açıqlamasa da, yaxın günlərdə hər şeyin aydın olacağını bildirib.

İddialara görə, De Byazi Azərbaycan millisini çalışdırmaq üçün bu təklifi geri çevirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43