Kateqoriyasız

“Azərbaycan millisinə mütləq qalib gəlməliyik”

Macarıstan millisinin müdafiəçisi Villi Orban AVRO-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 0:3 hesabı ilə məğlub olduqları matç barədə danışıb. O, axmaq səhvlər etdiklərini deyib:

“Bunu millidə ən ağır oyunum adlandırmazdım. Yaxşı planlarımız var idi, ancaq bir neçə axmaq səhvə yol verdik”.

Orban milimizlə qarşıdakı görüşdən də danışıb. O, yalnız qələbə haqda düşündüklərini bildirib: “İndi ən önəmlisi düzgün hazırlaşmaqdı. Azərbaycanla oyun çox vacibdi. Onlara mütləq qalib gəlməliyik”.

Oktyabrın 13-də keçiriləcək Macarıstan – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43