Ölkə futbolu

“Azərbaycan millisini seçdiyim üçün peşman deyiləm” – Ramil Şeydayev

Azərbaycan millisinin üzvü Ramil Şeydayev yığma komandanın Xorvatiya oyunu barəsində danışıb. Şeydayev Zaqrebdəki oyunu müsbət qiymətləndirib:

“Xorvatiyada yaxşı oynamışdıq. Təəssüflər olsun ki, Zaqrebdən xalsız döndük. Xorvatiyanın ulduzlardan ibarət komandası var. Tam qüvvəmizi ortaya qoymalı olduq. Litva ilə yoldaşlıq görüşünə isə yorğun çıxmışdıq. Şanslardan yararlana bilmədik və heç-heçə etdik”.

23 yaşlı futbolçu Azərbaycan millisini seçdiyi üçün peşman olmadığını bildirib:

“Bu çox çətin qərar idi.  Azərbaycand mənə dərhal hiss etdirdilər ki, baş məşqçiyə lazımam. Azarkeşlər də məni isti qarşıladılar. Ona görə də belə bir qərar verdim. Buna görə təəssüflənmirəm. Son 3 ildə Almaniya, Çexiya, indi idə Xorvatiya kimi komandalara qarşı oynamışam. Bu da istədiyim bir şeydir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43