Kateqoriyasız

Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Milli komanda turnirin seçmə mərhələsində Belçika, Norveç və Lüksemburqla birlikdə mübarizə aparacaq.

Seçmə mərhələdə hər qrupdan iki komanda və 4 ən yaxşı nəticəsi olan üçüncü yerin sahibi elit mərhələyə yüksələcək.

Niderland və İspaniya elit raunddan mübarizəyə qoşulacaq. Ev sahibi İsrail birbaşa 2022-ci ilin mayında keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Seçmə mərhələnin oyunları 1 iyul-6 noyabrda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43