Kateqoriyasız

Azərbaycan millisinin oyununun vaxtı bilindi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina ilə qarşı keçirəcəyi oyunun başlama saatı məlum olub.

İdmanxeber.az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın mətbuat xidməti yayıb.

Bildirilib ki, sentyabrın 6-da baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Azərbaycan – Bosniya və Herseqovina görüşü “Dalğa Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43