Kateqoriyasız

Azərbaycan Premyer Liqası yenə təxirə salınır?

Azərbaycan Premyer Liqası təxirə salına bilər.

Bu, ölkədə hərbi vəziyyətin elan olunması ilə əlaqədardır. Hərbi vəziyyət rejimində yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması həyata keçirilə bilər.

Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev “report”a açıqlamasında məsələ ilə bağlı hazırda heç bir məlumatın olmadığını bildirib.

PFL rəsmisi qərar qəbul ediləcəyi təqdirdə, rəsmi sayt vasitəsi ilə ictimaiyyətə çatıdırılacağını vurğulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43