Ölkə futbolu

Azərbaycan Premyer Liqasında mövsümə yekun vuruldu – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, 36-cı turun ilk matçında Qərb derbisi oynanılıb. 6-cı yerdəki “Turan Tovuz” 8-ci pillədəki “Kəpəz”i qəbul edib. Görüş ev sahibinin qələbəsi ilə başa çatıb – 1:0.

Digər matçda 9-cu yerdəki “Araz-Naxçıvan” mövsümün qalibi “Qarabağ”la qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, Premyer Liqanın cari mövsümünün 2-cisi “Zirə” olub. “Sabah” 3-cü, “Sumqayıt” isə 4-cü yeri tutub. Beləliklə, yeni mövsüm Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqası), “Zirə” (Avropa Liqası, kubokun finalının nəticəsindən asılı olmayaraq), “Sabah” və “Sumqayıt” (hər ikisi Konfrans Liqası) təmsil edəcəklər.

26 may (bazar)

19:30. “Araz-Naxçıvan” – “Qarabağ”  – 2:2 

Qol: Elvis Maşike, 4 (1:0), Olavio Juninyo, 27 (1:1), Vadim Abdullayev, 32-avtoqol (1:2), Abdulla Rzayev, 58 (2:2)
“Azersun Arena”

Reallaşdırılmayan penalti: “Qarabağ”ın futbolçusu Diakabi 74-cü dəqiqədə penaıtini düzgün yerinə yetirə bilməyib.

26 may (bazar)

17:00. “Turan Tovuz” – “Kəpəz” 1:0

Qol: Otto Con
Tovuz şəhər stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43