Kateqoriyasız

Azərbaycan Premyer Liqasının ən gənc komandası

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın 67 çempionatında bu mövsüm meydana çıxan komandaların orta yaş həddini müəyyənləşdirib.

Azərbaycan Premyer Liqasında ilk 6 turun oyunları nəzərə alınmaqla, ən gənc kokomanda “Sumqayıt”dır .

“Kimyaçılar”da orta yaş həddi 25,6 olub. “Zirə” (25,9) 2-ci, “Qəbələ” (26,3) 3-cü, “Səbail” (26,3) 4-cü, “Neftçi” (26,4) 5-ci, “Qarabağ” (27) 6-cı, “Keşlə” (27,5) 7-ci, “Sabah” (27,6) isə 8-cidir.

Böyük “5-lik” çempionatlarında ən gənc komanda orta yaş həddi 24.5 olmaqla “Milan”dır.  Dünyanın ən gənc kollektivi isə Latviyanın “Metta” klubu olub – 20,7.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 5-ci turundakı “Qarabağ” – “Səbail” matçı təxirə salındığı üçün hər iki komandanın nəticələri 5 oyuna əsasən hesablanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43