Kateqoriyasız

Azərbaycan – Slovakiya matçının hakimi açıqlandı

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Slovakiya oyununun təyinatları müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, UEFA iyunun 11-də baş tutacaq qarşılaşmaya Şotlandiyadan olan hakimlər briqadasını göndərəcək.

Oyunda Con Biton ədalət təmsilçisi olacaq. Ona Alan Malvenni və Sin Karr kömək edəcək. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.

Hakimlərin işinə hollandiyalı Yan Villem Veqeref qiymət verəcək. UEFA nümayəndəsi kimi isə rumıniyalı Orel Mixail İonesku “Bakcell Arena”da olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43