İdman

Azərbaycan yığması Avropa çempionatına 6 qız güləşçi ilə yollanır

İyunun 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, qitə birinciliyində Azərbaycanı təmsil edəcək qızlardan ibarət milli komandanın üzvləriylə görüş keçirilib.

Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katib Nəsimi Musayev və qadınlardan ibarət yığma komandanın baş məşqçi əvəzi Rövşən Umudov məsul yarışda iştirak edəcək güləşçilərə inandıqlarını bildiriblər və onlara uğurlar arzulayıblar.

Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında AÇ-də iştirak edəcək komandanın tərkibində 6 qız idmançı yer alıb. Buxarestdə Elvina Kərimzadə (43 kq), Aysel Məmmədzadə (46 kq), Ruzanna Məmmədova (49 kq), Jasmin Əsgərova (53 kq), Günay Qurbanova (57 kq) və Fatimə İsayeva (65 kq) güləşəcək.

AÇ-nin proqramına əsasən, iyunun 14-də qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti 3 gündə isə güləşin bu növündə mübarizə baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43