Dünya futbolu Milli komanda

“Azərbaycana qarşı oyunda favoritik” – Ralf Ranqnik

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis görüşdə favorit olduqlarını bildirib:

“İlk dəfə qarşıda favorit olduğumuz iki oyun var. Azərbaycan millisi son beş oyunda qələbə qazanıb. Ancaq azarkeşlər onları məğlub etməyimizi gözləyirlər. Bu mənada növbəti addımı atmalıyıq. Əminəm ki, bunu edə bilərik. Topa sahib olmağı sevən güclü komanda ilə qarşılaşacağımızı bilirik”.

Martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43