Ölkə futbolu

“Azərbaycana qayıda bilərəm” – Bəxtiyar Həsənalızadə

Türkiyə I Liqası təmsilçisi “Tuzlaspor”da çıxış edən azərbacanlı futbolçu Bəxtiyar Həsənalızadə zədəsini sağaldıb.

Bu barədə İdmanxeber.az saytına oyunçunun özü məlumat verib. O, bir-iki günə məşqlərə başlayacağını bildirib:

“Son turda “Boluspor”la görüşdə (0:0) meydana çıxa bilmədim. Yüngül zədəm var idi. Ancaq indi tam sağalıb. Növbəti oyunlarda böyük ehtimalla meydanda olacam”.

31 yaşlı futbolçu Tuzla təmsilçisinin son sıralarda getməsinə də münasibət bildirib:

“Liqadan düşmək təhlükəmiz var. Ancaq hələ heç nə bəlli deyil. Yuxarı pillələrə çıxmaq üçün çalışırıq. Hər şey öz əlmizdədir. Qarşıda oyunlarımız var. I Liqada qalmağa çalışacağıq”.

O, mövsüm sonu “Tuzlaspor”da ayrılıb-ayrılmayacağı yönündə çıxan iddialara belə cavab verib:

“Buradan ayrılma ehtimalım ola bilər, Azərbaycana da qayıda bilərəm. Ola bilsin Türkiyədə başqa kluba keçdim. Maraqlanan komandalar var. Ancaq indi dəqiq nəsə demək olmur. Hər şey mövsüm sonu bəlli olacaq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43