Müsahibə

“Azərbaycanda ən güclü azarkeş bizimkidir” – “Kəpəz”in futbolçusu

“Kəpəz”in gürcüstanlı futbolçusu Mixeil Erqemlidze klubun mətbuat xidmətinə müsahibə verib.
– Əvvəlcə çempionatdakı ilk oyunla bağlı fikirlərini öyrənmək istərdik…
– “Zirə”yə qarşı oyun pis alınmadı. Fikrimcə, məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetirdik, yalnız sonuncu dəqiqədən başqa. Hələ özümü daha yaxşı tərəfdən göstərmək imkanımız olacaq.
– Qələbə də qazana bilərdik, elə deyilmi?
– Bəli, bəli. Mənim, Rauf Əliyevin fərqlənmək üçün imkanlarımız oldu. Hətta qol da vurduq, amma ofsayd olduğundan hesaba alınmadı.
– Sizin qolunuz baxımlı alındı. Oyundan əvvəl fərqlənəcəyinizi düşünmüşdüz?
– Düzünü deyim ki, hə. Məşqçi və komanda yoldaşlarım oyundan əvvəl yaxşı motivasiya vermişdilər. Düşünürəm ki, qollarımın davamı olacaq.
– Növbəti oyun “Neftçi” ilə olacaq.
– Ciddi hazırlaşmışıq, azarkeşlərimizi sevindirmək üçün hər şey edəcəyik. Bu oyunu tarixi derbi adlandırırlar və bilirəm ki, arada böyük prinsipiallıq var.
– Azarkeşlərdən söz düşmüşkən, onlar haqda nə deyə bilərsiz?
– Azərbaycanda ən güclü azarkeş bizimkidir. Dəstəyə görə onlara minnətdarıq. Mehriban kollektimiz var. Hamı bir-birinə ailədə olduğu kimi diqqətli davranır.
– Gəncə necədir, xoşunuza gəlir?
– Əla şəhərdir. İnsanları çox xeyirxahdırlar. Hələ harasa gedə bilməmişik. Mərkəzdəki parkda olmuşuq, xoşumuza gəldi.
– Doğma meydanda oynamamağımız sizə necə təsir edir?
– Ev yox, səfər komandası kimi oynamaq məcburiyyətindəyik. Bu da pisdir. Əgər Gəncədə oynasaq, daha yaxşı nəticələr əldə edə bilərik.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43