Kateqoriyasız

Azərbaycanda legioner limiti müzakirəyə çıxarıldı – Fotolar

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.az-ın xəbərinə görə, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin müdiri Elgiz Abbasov, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edib.

Toplantıda növbəti mövsüm Azərbaycan Premyer Liqasında legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələlər müzakirə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43