Kateqoriyasız

Azərbaycanda VAR nə zaman tətbiq olunacaq?

AFFA Azərbaycan futbolunda VAR (videoköməkçi hakim) sistemindən yararlanmaq fikrindədi.

İdmanxeber.az-ın məlumatına görə, “CBC Sport”a açıqlamasında qurumun baş katibi Elxan Məmmədov AFFA-nın martın 4-də keçiriləcək Konfransında VAR-ın təqdimatının olacağını bildirib: “Bu qurum müsbət rəy versə, həmin istiqamətdə işlərə başlanılacaq: Əvvəlcə Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) müraciət edərək, belə bir istəkdə olduğumuzu bildirəcəyik. Cavab böyük ehtimalla müsbət olacaq. Üç həftə ərzində cavabı aldıqdan sonra tender elan edəcəyik. Hazırda VAR sisteminin quraşdırılması ilə məşğul olan 3 şirkət var. Tender prosesinin yekunu 3-4 ay çəkə bilər. Daha sonra 10 ay ərzində təlimlər tətbiq olunacaq və nəhayət, VAR praktiki tətbiq olunacaq. Bu sistem bahalı olsa da, bütün dünya futbolunda tətbiq olunmalıdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43