Dünya futbolu

“Azərbaycandakı karyeram daha gözəl idi” – Pedro Enrike

PAOK klubuna qayıdan Pedro Enrike Yunanıstan mətbuatına geniş müsahibə verib. Saloniki təmsilçisinə dönüşündən danışan braziliyalı yarımmüdafiəçi “Qarabağ” və “Astana”dakı karyerasına da danışıb:

“Son 2 ildə iki fərqli təcrübə yaşadım. “Qarabağ”da inanılmaz, fantastik mövsüm keçirdim. Çempionlar Liqasında oynadım. Azərbaycan mənim üçün yaxşı təcrübə oldu. “Astana”da isə hər şey fərqli idi. Çünki komandada xaos var idi. Avropa liqasının oyunlarında daim əsas heyətdə meydana çıxsam da, çempionatda  az oynayırdım. İki fərqli təcrübə yaşadım. Amma Azərbaycandakı karyeram daha özəl idi”.

Pedro 2017-2018 mövsümünü icarə əsasında “Qarabağ”da keçirib. O, bu mövsümün ilk yarısında isə “Astana”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43