Kateqoriyasız

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi

Azərbaycanı Portuqaliyanın Koimbra şəhərində keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, yarışda baş məşqçi Vladimir Şulikinin rəhbərliyi altında Tofiq Əliyev, Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadə mübarizə aparacaqlar.

Kamil Quliyev isə ölkəmizi hakim qismində təmsil edəcək.

Qeyd edək ki, Dünya Kuboku iyulun 3-dən 5-nə qədər keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43