Kateqoriyasız

“Azərbaycanla oyunda yığmaya çox kömək edə bilməyəcəm, amma…”

Macarıstan millisinin yarımmüdafiəçisi David Siqer millimizlə oyunda çıxış etməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, o, yerli federasiyanın rəsmi saytına açıqlamasında bunları dedi:

“Bəlkə də zədə səbəbindən qarşıdakı oyunlarda komandama çox kömək edə bilməyəcəm. Amma bu, mənim işimə münasibətə təsir etməyəcək. Oynamaq şansım az olsa belə, eyni qaydada hazırlaşıram”.

Siqer AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə keçirəcəkləri oyuna da toxunub: “Xorvatlarla Budapeştdəki oyunda parlaq nəticələr qazanmağa qadir olduğumuzu göstərmişdik. Baxmayaraq ki, rəqib ötən səfərdə Slovakiyanı böyük hesabla məğlub edib. Mümkün olan hər şeyi edəcəyik ki, yenidən dünya çempionatının gümüş mükafatçıları ilə mübarizədə uğur qazanaq. Onlardan xal almaq əla nəticə olar”.

Qeyd edək ki, macarlar oktyabrın 10-da səfərdə Xorvatiya, 3 gün sonra isə evdə Azərbaycanla oynayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43