Kateqoriyasız

Azərbaycanlı azarkeşlərdən etiraz aksiyası: “Xalımızı geri qaytarın” + Fotolar

Bu gün bir qrup azərbaycanlı azarkeş Bakıda Niderland səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Onlar ötən gün Azərbaycan milli komandasının Avro-2020-nin seçmə mərhələsində Macarıstana hollandiyalı hakim Dennis Yohan Hiqlerin yanlış qərarı ilə uduzmasına etiraz edib. Fanatlar “Azərbaycan, Azərbaycan” şüarı səsləndirib, pankartlar açıblar. Azarkeşlər bildirib ki, Azərbaycana qarşı olan ədalətsizlik hamımıza qarşı olan ədalətsizlikdir.

Pankartlarda “Xalımızı geri qaytar”, “Futbol siyasət deyil”, “Qolu vermədiyiniz üçün, “çox sağ ol”, “Niderland pendirinə hə, niderland hakiminə yox”, “Ədalətsiz qərar” yazılıb.

Niderland səfirliyi etirazlara reaksiya verməyib.(Futbolpress.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43