Dünya futbolu

Azərbaycanlı futbolçu bombardir, komandası çempion oldu

Latviya I Liqasında mövsümə yekun vurulub.

Azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” mövsümün son  turunda “Tukums 2000” klubu ilə üz-üzə gəlib. Qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılan “Dauqavplis” xallarını 67-yə çatdıraraq çempion olub.

Millimizin sabiq üzvü bu oyunda fərqlənməsə də, cari mövsümdə vurduğu 31 qolla Liqa 1-də bombardir olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43