İdman

Azərbaycanlı futbolçu Həbibin cəzası haqda: “Buna görə şokdayam”

“Spartak”ın azərbaycanlı futbolçusu Ayaz Quliyev UFC üzrə yüngül çəkili çempion Həbib Nurməhəmmədovun  Konor Makqreqorla döyüşdən sonra baş verənlərə görə Nevada ştatının Atletika Komissiyası tərəfindən yarışlardan kənarlaşdırılmaına münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə,  yarımmüdafiəçi  rus idmançıya verilən cəzanın ağır olduğunu söyləyib:

“Təəssüf ki, bu cür sərt qərar qəbul olundu. Belə uzun diskvalifikasiyaya görə şokdayam. Biz hamımız ona görə narahatıq. Hər döyüşündə onu dəstəkləyir və azarkeşlik edirik. Ümidvaram ki, bu cəza Həbibin qələbə ruhuna təsir etməyəcək və o, bir daha kimin ən güclü olduğunu göstərəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43