08 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycanlı futbolçu İsrail klubuna “yox” dedi

“Araz Naxçıvan”ın futbolçusu Nicat Süleymanov İsrail klubundan təklif alıb.

İdmanxeber.az-a verilən məlumata görə, sözügedən ölkənin “Aşdod” klubu yarımmüdafiəçinin xidmətində maraqlı olub. Ancaq Süleymanov bu təkliflə razılaşmayıb. 

Buna səbəb qarşı tərəfin şərtlərinin futbolçunu qane etməməsi olub. “Aşdod” İsrailin əsas liqasında çıxış edir. Komanda aktivində 14 xalla sonuncu yerdədir.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43