Kateqoriyasız

Azərbaycanlı futbolçu Moldova klubunda – RƏSMİ

Azərbaycanlı futbolçu Amit Quluzadənin yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi bundan sonra karyerasını Moldovanın “Milsami” klubunda davam etdirəcək.
Bu barədə futbolçu “Facebook” hesabında məlumat paylaşıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları bilinmir.
Qeyd edək ki, Amit Quluzadə son olaraq 2019-cu ildə Bosniya və Herseqovinanın “Çelik” klubunda oynayıb. Yarımmüdafiəçi daha öncə Türkiyənin “Kayserispor”, Portuqaliyanın “Atletiko”, Yunanıstanın AEL, Kosovonun “Drita” klublarında da legioner həyatı yaşayıb. O, Azərbaycandakı karyerası ərzində “Neftçi”, “Rəvan”, “Sumqayıt”, “Qəbələ”, “Səbail” klublarının, həmçinin 3 dəfə Azərbaycan millisinin formasını geyinib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43