Ölkə futbolu

Azərbaycanlı futbolçu Polşada kubok qazandı – FOTO

Polşanın IV liqa təmsilçisi “Troşin”də çıxış edən azərbaycanlı futbolçu Orxan Fərəcovun komandası ölkə kubokunda çıxış etməyə vəsiqə qazanıb.

Bu barədə idmanxeber.az saytına oyunçu özü məlumat verib. O bildirib ki, aşağı liqalar arasında keçirilən mini turnirin qalibi olduqları üçün bu uğura imza atıblar. 

Fərəcov “Troşin”in qarşıda Polşanın əsas liqasında çıxış edən komandaların birinə rəqib ola biləcəyini də vurğulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43