Ölkə futbolu

Azərbaycanlı futbolçuların dəyəri açıqlandı – kimin nə qədər qiyməti var ?

Almaniyanın məşhur “Transfermarket” saytı Azərbaycan millisi və Premyer Liqada çıxış edən futbolçuların qiymətlərini yeniləyib. Futbolçularımızın qiyməti ötən dəfəki sıralama ilə müqayyisədə xeyli artıb.

Yerli oyunçulardan Bədavi Hüseynova 700 min avro , Araz Abdullayev, Maksim Medvedev, Qara Qarayev  500 min avro, Cavid Hüseynov, Coşqun Diniyev, Səlahət Ağayev və Məhəmməd Mirzəbəyova isə 400 min avro qiymət qoyulub.

Millinin ən bahalı oyunşusu Riçard Almeyda olub. Futbolçunun dəyəri 1,5 milyon avro olub.

Çempionatın ən bahalı heyəti 10,45 milyon avro ilə “Qarabağ” olub. “Neftçi” 5,73 milyon avroyla ikinci, ondan cüzi fərqlə geri qalan Qəbələ isə 5,63 milyon avro dəyəri ilə üçüncü yerdədir.

Topaz Premyer Liqasının çıxış edən ən bahalı  futbolçu isə Ağdam təmsilçinin builki transferi Simeon Slavçevdir. Futbolçuya 1,1 milyon avro dəyər qoyulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43