Kateqoriyasız

Azərbaycanlı hakim “Benfika”nın oyununda

UEFA Gənclər Liqasının H qrupunda sentyabrın 6-da Portuqaliyanın Seyxal şəhərində keçiriləcək “Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail) oyununun baş hakimi Elçin Məsiyev olacaq.

İdmanxeber.az xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasının Ricardo Jorge Antunes Baixinho (Portuqalita) yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43