Kateqoriyasız

Azərbaycanlı hakim Çempionlar Liqasının qrup mərhələsində

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində noyabrın 3-də keçiriləcək “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi olacaq. Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Ağayev karyerası ərzində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə təyinat alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43