06 Sentyabr 2024
İdman

Azərbaycanlı idmançı beynəlxalq turnirdə gümüş medal qazandı

Suya tullanma üzrə Azərbaycan idmançısı Bolqarıstanın Varna şəhərində keçirilən “Üçüncü Balkan Gənclər Çempionatı” beynəlxalq turnirində yüksək nəticə göstərib.

İdmanxeber.az-ın məlumata görə, 10 ölkədən 110 idmançının qatıldığı yarışda Məhəmməd Hüseynov E qrupunda ikinci yeri tutaraq gümüş medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan idmançıları bu yarışlarda məşqçilər Anton Melnikov və Angelina Melnikovanın rəhbərliyi altında çıxış edirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43