06 Sentyabr 2024
İdman

Azərbaycanlı idmançı “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycanın daha bir idmançısı “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, pauerliftinq üzrə milli komandanın üzvü Ceyhun Mahmudov (54 kiloqram) nüfuzlu yarışda iştirak edəcək.

MPK tərəfindən göndərilən sorğu əsasında 2023-cü ildə Dünya Kubokunun qalibi olmuş idmançıya Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43