17 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycanlı məşqçinin Türkiyəyə gedişi alınmadı

Azərbaycanlı baş məşqçi Vüqar Əsgərlinin Türkiyəyə gedişi alınmayıb.

İdmanxeber.az-ın məlumatına görə, “Şamaxı”nın sabiq çalışdırıcısı qardaş ölkəyə səfər etməyi planlaşdırırdı. O, təcrübəli xarekterli səfərdə “Antalyaspor”un düşərgəsində olacaq və baş məşqçi Nuri Şahinlə görüşəcəkdi. 

Ancaq Əsgərlinin Türkiyəyə gedişi baş tutmayıb. Buna səbəb son vaxtlar qardaş ölkə futbolunda baş verənlər olub. Antalya klubunun çalışdırıcısı Nuri Şahinin də komandadan ayrılacağı iddiaları səfəri təxirə salıb.

Xatırladaq ki, Super Liqa təmsilçisi “Ankaragücü”nün prezidenti Faruk Kocanın hakim Halil Umut Meleri vurması və “İstanbulspor”un “Trabzonspor”la görüşdə referilərə təpki göstərərək oyundan çəkilməsi Türkiyə futbolunda ciddi böhran yaradıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43