Dünya futbolu

Azərbaycanlı rəhbərin idarə etdiyi Türkiyə klubu oteldən qovuldu

Türkiyə II liqasında mübarizə aparan “Darıca Gənclərbirliyi”ndə vəziyyət hər keçən gün daha da pisləşir. Azərbaycanlı rəhbərin idarə etdiyi kubun maliyyə baxımından pis günlər yaşadığını və buna görə azarkeşlərin təpkisinə məruz qaldığını  bildirmişdik.

Bu səfər isə klub başqa bir problemlə üzləşib. Darıca təmsilçisi məskunlaşdığı otelin pulunu ödəyə bilmədiyinə görə oradan qovulub. Klub prezidenti Rauf İsmayılov problemin həllini öz üzərinə götürsə də, o, bunu bacarmayıb.

Rusiyada “Simurq Turizm” şirkətinin rəhbəri olan İsmayılov ötən ilin sonlarında klubu alıb. Komandanın baş məşqçisi isə Asim İbrahimovdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43