l Divizion Ölkə futbolu

“Azərkeşlərimiz həmin günü səbrsizliklə gözləyir” – “Araz Naxçıvan”ın baş məşqçisi

“İlk dövrə çox çətin keçdi. Fasilədən sonra müəyyən planlarımız var. Bəzi gənc futbolçuları heyətə cəlb etmək istəyirik. Artıq ikisini dəvət etmişik. Onlarla müqavilə bağlamaq niyyətindəyik. Emin Məcidzadə və Nikolaz Baçaliaşvili artıq bizimlədir. Bunlarla yanaşı, “Qəbələ”dən və MOİK-dən bir futbolçu istəsək də, hələ dəqiq bir şey yoxdur. Bir neçə futbolçunu da gözləyirik”.

Bu sözləri idmanxeber.az saytına I Divizonda çıxış edən “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib. O, komandada Premyer Liqaya yüksəlməyin hazrılığının getdiyini bildirib:

“AFFA-nın Premyer Liqa üçün hansı tələbləri varsa, çalışıb onları yerinə yetiririk. Klubun infrasturkturunu düzəldirik. Ümid edirəm ki, “Araz-Naxçıvan” çempion olduqdan sonra 10 ildən artıqdır qatıla bilmədiyi Premyer Liqaya vəsiqə qazanacaq. Hər şey bunun üçündür. Azərkeşlərimiz də həmin günü səbrsizliklə gözləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43