19 Sentyabr 2024
İdman

“Azərreyl” liderliyini davam etdirir

Voleybol üzrə Azərbaycan çempionatında həm qadın, həm də kişilərin Yüksək Liqasında növbəti oyunlar baş tutub.

İdmanxeber.az məlumat verir ki, bu gün GİN-in Voleybol Mərkəzində ilk olaraq meydana qadınlardan ibarət “Azərreyl” və “Abşeron” klubları çıxıblar.

İlk setdən təşəbbüsə yiyələnən “Abşeron” 3:0 hesabı ilə qələbə qazanıb. Qadın voleybolçuların növbəti oyunu isə Gəncədə baş tutub. Bu matçda “Murov Az Terminal”ı qəbul edən meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.

Kişilərin mübarizəsində isə “Azərreyl” və “Neftçi” klubları üz-üzə gəliblər. Bu qarşılaşmadan “Azərreyl” 3:0 hesablı qələbə ilə ayrılıb.

Hazırda qadınların turnir cədvəlinə “Azərreyl” 36 xalla (12 qələbə) liderlik edir.  “Abşeron” 33 xalla (11 qələbə) 2-ci, “Murov” 32 xalla (11 qələbə) 3-cü, “Gəncə” 21 xalla (7 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 13 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Kişilərin turnir cədvəlində isə “Azərreyl” 30 xalla (10 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal”ın 21 xalı (8 qələbə), “Neftçi”nin 19 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

Qadınlar
“Azərreyl” – “Abşeron” 0:3 (16:25, 22:25, 24:26)
“Gəncə” – “Murov Az Terminal” 3:0 (25:10, 25:16, 25:23)

Kişilər
“Azərreyl” – “Neftçi” 3:0 (25:19, 25:19, 25:22)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43