Dünya futbolu

Azərbaycana qol vuran futbolçu “Tottenhem”də

“Tottenhem” “Lids”in yarımmüdafiəçisi Arçi Qreyi heyətinə qatıb.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi futbolçu ilə 6 illik müqavilə bağlayıb. O, yeni klubunda 14 nömrəli formanı geyinəcək.

Qrey “Lids”in heyətində ötən mövsüm Çempionşipdə ilin ən yaxşı gənc futbolçusu seçilib.

İngiltərənin U-21 millisinin üzvü  Avropa çempionatının seçmə mərhələsində yığmamızla görüşdə (5:1) fərqlənməyi  bacarmışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43