Bu gün Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) yaranmasının 6 ili tamam olur.
İdmanxeber.com-un məlumatına görə, Ramin Musayevin rəhbəri olduğu qurum 7 yaşını qədəm qoyur. 2008–ci ildə yaradılan PFL Premyer Liqa, I divizion və Azərbaycan kubokunu keçirməklə yanaşı, əvəzedici komandalar arasında çempionatın baş tutması, eləcə də uzun müddətdən sonra Azərbaycan Superkubokunun bərpası görülən müsbət işlərin bəhrəsidi.
İdmanxeber.com saytının kollektivi PFL-in bütün əməkdaşlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır.