Ölkə futbolu

AZAL-dan 6 rəsmi transfer

Hazırlıqlarını ölkə daxilində davam etdirən AZAL klubu 6 futbolçu ilə müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, Rəşad Abdullayev və Nedo Turkoviçlə bir müddət öncə razılığa gələn "təyyarəçilər" dünən daha 4 futbolçunu heyətinə qatıb. Bunlar qapışı Elçin Sadıqov, yarımmüdafiəçi Orxan Səfiyarlı, hücumçu Axtam Xamrokulov və yarımmüdafiəçi Laşa Kasradzedir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43